FTB andiçmə günü silahlı qarşıdurmaların ola biləcəyini istisna etmir
Eastnews.org-un verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının paytaxtı 20 yanvar tarixində keçiriləcək yeni prezident Co Baydenin andiçmə mərasiminə görə təhlükəsizlik tədbirləri daha da artırılıb.
Bu barədə yerli media və mənbələr məlumat yayıblar.
Məlumatda vurğulanır ki, Federal Təhlükəsizlik Bürosu 50 ştatın paytaxtında andiçmə günü silahlı qarşıdurmaların ola biləcəyi barəsində polis mərkəzlərinə məlumat ötürüb.
Amerika Birləşmiş Ştatlarında hazırda ictimai və siyasi vəziyyətin gərgin olaraq qaldığı da qeyd olunur.