FTB-nin saytına ŞOK HÜCUM: Pentaqon da təhlükə altına düşdü

FTB-nin saytına ŞOK HÜCUM: Pentaqon da təhlükə altına düşdü

ABŞ Federal Təhqiqatlar Bürosunun saytı “Killnet” qrupunun hakerləri tərəfindən sındırılıb.

Publika.az xəbər verir ki, bu barədə qrupun nümayəndələri “Telegram” kanalında məlumat veriblər.

“FTB-ni sındırdıq. 10210 FTB əməkdaşının trafikini ələ keçirdik. Onlayn mağazalardan tutmuş tibbi qəbul kartlarına, “Google” və “Apple” hesablarına qədər bütün parollar bizim əlimizə keçdi”, – hakerlər deyib.

Sözlərinin təsdiqi kimi onlar FTB sisteminə girişin videosunu yayıblar.

Bundan əlavə, hakerlər vurğulayıblar ki, Təhqiqatlar Bürosunun internet saytının sındırılması zamanı əldə edilən parollar Pentaqonun şəbəkə infrastrukturuna daxil olmaq üçün də uyğundur.

Qeyd edək ki, “Killnet” Ukraynada xüsusi əməliyyata başlayandan sonra NATO ölkələrindəki dövlət qurumlarına kiberhücumları ilə tanınan rus haker qrupudur. “Beş Göz” kəşfiyyat alyansı 2022-ci ilin aprelində “Killnet” də daxil olmaqla rusiyayönlü qrupların infrastruktura hücumları barədə xəbərdarlıq edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − three =