Futbol meydançasına ov tüfəngi ilə hücum etdilər

Publika.az xəbər verir ki, hadisə Meksikanın Morelas ştatının Yekapixtla şəhərində baş verib.
Belə ki, silahlı şəxslər futbol meydançasına hücum gerçəkləşdiriblər.
Məlumata görə hücum sırasında şəhərin keçmiş meri də daxil olmaqla 4 nəfər həyatını itirib.
Azı 10 nəfərin yaralandığı bildirilir.
Publika.az