Füzulidə 106 qonaq toya buraxılmayıb
Daxili işlər orqanlarının və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı Bərdə rayonunda yerləşən “Kral” şadlıq sarayında, eləcə də rayonun Şatırlı kəndində fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı analoji qayda pozuntuları rayonun Düyərli və Hacıqərvənd kəndlərində baş tutan toy məclislərində də aşkarlanıb.
Füzuli RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən toy məclislərində ümumilikdə 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və 106 qonaq isə toya buraxılmayıb.
Qayda pozuntularına yol vermiş obyekt və ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Apa