Füzuliyə qanunsuz getmək istəyən şəxs həbs edildi
Oktyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə getməyə cəhd edən şəxs həbs edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, rayonun Əhmədbəyli kənd sakini M.Möhsümzadə “VAZ-2106” markalı avtomobillə Alxanlı kəndi ərazisində və Füzuli şəhəri ərazisində yerləşən nəzarət postlarında tabesizlik göstərərək işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərib.
Buna görə saxlanılan M.Möhsümzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmə tərəfindən 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Apa