Gələcəkdə yeni bir pandemiya olarsa, dövlətlər buna cavab verməyə hazırlaşmalıdırlar
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ÜST rəhbəri Tedros Adhanom Gebreyesus deyib.
“Biz keçmişin səhvlərini təkrarlamağa imkan verə bilmərik. Buna görə də ÜST-ə üzv dövlətlər yeni Pandemiya Sazişi və Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər edilməsi üçün hüquqi bazanı gücləndirmək üçün danışıqlar aparırlar”, – deyə Gebreyesus bildirib.
ÜST rəhbəri həmçinin İttifaqın üzvlərini 2024-cü il Ümumdünya Səhiyyə Assambleyası tərəfindən vaxtında yekunlaşdırılması üçün bu danışıqları dəstəkləməyə çağırıb.