Gələn ay Yaponiya Baş naziri və ABŞ Prezidenti arasında görüş ola bilər

Gələn ay Yaponiya Baş naziri və ABŞ Prezidenti arasında görüş ola bilər

Yaponiya və ABŞ hökumətləri yanvarın 13-də Vaşinqtonda Yaponiyanın Baş naziri Fumio Kisida ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş barədə danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Görüşdə Kisidanın dekabrda qəbul edilmiş yenilənmiş milli təhlükəsizlik strategiyası və 2027-ci ilə qədər müdafiə xərclərini NATO xətti ilə ÜDM-in 2 %-nə qədər artırmağı planlaşdırması barədə danışacağı gözlənilir. Yaponiya tərəfinin fikrincə, bu, ikitərəfli alyansın dərinləşməsinə kömək edəcək.

Nəşrin məlumatına görə, yanvarın birinci yarısında Kisida Böyük Britaniya, Fransa və İtaliyaya səfər etmək niyyətindədir. Bu səfərlər zamanı Yaponiyanın Baş naziri həm ikitərəfli məsələləri, həm də 2023-cü ildə sədrliyini qəbul edəcəyi “G7” çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =