Gələn il ABŞ şirkətləri film istehsalına 115 milyard dollar xərcləyəcək
ABŞ-ın 8 aparıcı media qrupu 2022-ci ildə bədii film çəkilişlərinə ümumilikdə 115 milyard dollara yaxın vəsait xərcləyəcək.
Trend-in məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb. Bu göstərici ayrı-ayrı şirkətlərin planlaşdırılan xərclərinin hesablanması və analitiklərin təhlillərinə əsaslanır.
Qeyd olunur ki, söhbət “The Walt Disney Company”, “Comcast”, “WarnerMedia” və “Amazon” kimin şirkətlərdən gedir.
Trend.az