Gəncə sakini döyülməsi nəticəsində ağır xəsarətlər alıb
Gəncə şəhər sakininə ağır xəsarətlər yetirilib.
1976-cı il təvəllüdlü C.Bayramov şəhər ərazisində mübahisə zəminində döyülərək ağır xəsarətlər alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Apa