Gəncədə marketin divarını söküb 60 min manata yaxın pul apardılar – AÇIQLAMA
Gəncə şəhəri, Atatürk prospektində supermarketdən 60 minə yaxın pul oğurlanıb.
Oxu.Az-ın məlumatına görə, maskalı naməlum şəxslər marketin divarını sökərək pulları oğurlayıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb:
“Araşdırmalar aparılır. Hazırda şübhəli şəxslərin kimliyinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir”.
Oxu.az