Gantz Netanyahuya xəbərdarlıq  etdi: İsrailin taleyi ilə oynama!

Gantz Netanyahuya xəbərdarlıq  etdi: İsrailin taleyi ilə oynama!

 Sionist rejimin keçmiş müharibə naziri və bu işğalçı rejimin müxalifət partiyasının lideri baş nazirə xitabən deyib: Bircə dəfə də olsa belə, cəsarətli ol və Doha müzakirələrində girov mübadiləsi barədə sazişi imzala!

Əl Aləm telekanalının məlumatına əsasən, Wala saytı müxalifət partiyasının lideri Benni Qantzın İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq məktubunun mətnini dərc edərək yazıb: Qəzzədəki girovlarımızın zamanı azdır. Bir dəfə də cürətli olub İsrailin taleyi ilə oynamağı dayandır!

Wala saytının daha əvvəl yüksək səviyyəli rəsmilərə istinadən verdiyi məlumata görə, bu dəfəki Doha görüşünün Həmasla məhbus mübadiləsi üçün son şansdır.

Məlumata görə Qantz Kibbutz İllit Hashar qəsəbəsində olarkən də Netanyahuya ultimatum verərək demişdi ki, şimaldakı qəsəbə sakinlərinin adi həyata qayıtması üçün zaman yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =