General: “Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar”
“Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar”.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər: “Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz dağıntılar altından 290-dan artıq meyit, 46 nəfəri isə sağ olaraq çıxarıblar”.
Report.az