General Fədəvi: Düşmən haq cəbhənin qələbələrini gizlədə bilməz
İslam İnqilabı Keşikçiləri Korpusu Baş Komandanının müavini deyib: “Bilin ki, haqq cəbhənin legitimliyi o qədər aşkar və güclüdür ki, hətta illüstrasiyada malik olduqları imkanlarla belə, bunu gizlədə bilmirlər.”
“Sepah News”-un məlumatına görə, “Seyid Mürtəza Avini”nin şəhadətinin 29-cu ildönümü ilə bağlı keçirilən mərasimdə mərhum sənətkar “Cahangir Xosrovşahi”nin ailəsinə də başsağlığı verilib. Mərasimdə Fəth şəhidlərinin ailələri, qazilər, incəsənət xadimləri və Sepah Baş komandanının müavini general Əli Fədəvi iştirak edib. Mərasim İran İslam İnqilabı və Müqəddəs Müdafiə Milli Muzeyinin Fars Körfəzi zalında keçirilib.
General Fədəvi mərasimdə İmam Xomeyninin (r.ə) ABŞ haqqındakı tarixi bəyanatına toxunaraq deyib:
İmam Xomeyni (ə) inqilabın elə ilk günlərində “Amerika bir qələt də edə bilməz!” deyirdi və indi İslam İnqilabının qələbəsindən 43 il sonra, şeytanın batil cəbhəsinin təzahürü olan Amerika Birləşmiş Ştatları İslam İnqilabına qarşı heç bir şey edə bilməyəcəyini etiraf edir.
Bu qələbə o deməkdir ki, öz yaradıcılıqları ilə fəaliyyət meydanında baş verən məsələləri bütün dünyadakı insanlara çatdırmaq üçün Seyid Mürtəza Avini kimilərin sayı çoxlu olmalıdır.
General Fədəvi batil cəbhəsinin mediadakı fəaliyyəti metoduna toxunaraq deyib:
Batil cəbhə üçün reallığın əhəmiyyəti yoxdur, onun üçün önəmli olan şey reallıqdan özünə sərf edən obrazlar yaratmaqdır və bu, amerikalıların 1970-ci illərdən bəri tətbiq etdikləri təcrübədir.
O, əlavə edib: “Onlar güman edirlər ki, mediada illüstrasiya gücünə malik olduqlarından, maraqlarına uyğun olan istənilən mövzuda fərqli görüntü yaradacaqlar. Amma əzizlərim, bilin ki, haqq cəbhənin qələbəsi o qədər aşkar və güclüdür ki, onlar illüstrasiya imkanları ilə belə bunu gizlədə bilməzlər.”
Mərasimin sonunda Şəhid Avini və incəsənət xadimi Cahangir Xosrovşahi ehtiramla yad edilib.