General Hicazi: Amerika daha təhlükəsiz vəziyyətə gəlibsə, niyə mesaj göndərərək bizdən ona fürsət verməyimizi xahiş edir?

General Hicazi: Amerika daha təhlükəsiz vəziyyətə gəlibsə, niyə mesaj göndərərək bizdən ona fürsət verməyimizi xahiş edir?

İranın Qüds Qüvvələrə komandirinin müavini dedi: “Tramp “Amerika bu gün daha təhlükəsizdir.” – deyir, əgər Amerika daha təhlükəsiz oldusa, niyə bazalarınızda söyüd kimi titrəyirsiniz və mesajlarınızda fürsət verməyimizi istəyirsiniz?!”

General Məhəmməd Hicazi bu gün axşam İslam İnqilabı İncəsənət Mərkəzindəki bir toplantıda dedi: İslamda Quran və Əhli-beytin ifadələrində dəyərli və uca anlayışlar vardır.

Cihad, müqavimət, mühacirət, fədakarlıq, şəhidlik və cəsarət kimi anlayışlar hörmət və ehtiramla xatırlanıb. Əksinə, düşmənə təslim olmaq, ona əyilmək və ondan qorxmaq pislənib. Bunlar məktəbimiz tərəfindən qadağandır və qınanır.

Hicazi bildirdi: “Əlbəttə ki, təcrübəmiz və tariximiz Allah rizası üçün cihadın da səmərəli olduğunu göstərdi. Müxtəlif sahələrdə qazanılan bütün nailiyyətlər səy, cihad və fədakarlığın nəticəsidir. İslam İnqilabının qələbəsi də bunun səmərəsidir.”

O, Trampın davranışının ABŞ-ın tənəzzülə uğramasına səbəb olduğunu ABŞ-dakı daxili vəziyyətin də ABŞ-ın açıq şəkildə geriləməsini göstərdiyini bildirdi. ABŞ-dakı rəsmi irqçilik statistikasına toxundu ABŞ polisi tərəfindən öldürülən zəncilərin ağlara nisbətinin 13-ün 1-ə olduğunu dedi.

Hicazi bildirdi: ABŞ-da 33 min qrupda fəaliyyət göstərən 1.4 milyon cinayətkar var və Amerika əhalisinin beşdə biri ateistdir.

İndi ABŞ-ın daimi Avropa müttəfiqlərinin belə müxtəlif beynəlxalq arenalarda onu tək qoyduqlarını görürük.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + four =