General Hizbullahdan danışdı

General Hizbullahdan danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livan Hizbullahı baş katibinin müavini Şeyx Nəim Qasim bu şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami ilə görüşüb.

General Hüseyn Salami bu görüşdə Livan İslam Müqavimətinin zəkasını və nüfuzunu yüksək qiymətləndirərək, Hizbullahı Livan xalqının şərəfli bir qüdrəti və təhlükəsizliyinin təminatçısı adlandırmış və belə demişdir: “Hizbullah sionist düşmənlə cihad meydanında doğulub və inkişaf edib. Buna görə də sionistlər onun gücünün dərinliyini yaxşı dərk edir.”

O, belə əlavə edib: “Müqavimət oxunda qüdrətin genişlənməsinə şahid olduğumuz bir halda düşmən cəbhəsi tənəzzülə uğramaqdadır. Ancaq virtual məkanda bu prosesi və öz düşərgələrində yaranan vəhşəti əksinə göstərməyə çalışırlar.”

Sionist rejim qarşısında qəhrəman Hizbullahı və Qüds qılıncını görməkdədir, deyən Sepahın baş komandanı belə qeyd edib: “Hizbullahın Sionist ordusunu durdurmaq üçün son qətiyyətli addımı saxta rejimin yeni baş nazirinə qüdrətin kimin əlində olduğunu anlatdı.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 10 =