General Qaani: Fransa, Almaniya və İngiltərənin hesabı öz yerindədir
İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı deyib: Bütün cinayətkarlar bilməlidirlər ki, onların cinayətləri hesabsız qalmayacaq. O gecə Fransa, Almaniya, İngiltərənin təyyarələri gətirib məsələnin bitib getdiyini sanmasınlar. Bəli, o gecə bitdi, amma onların hesabı öz yerindədir.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İranın Suriyadakı müşavirlərinin komandiri İsmail Qaani dünən (15 may) Əl-Əqsa tufanı əməliyyatı başlayanda beynəlxalq hərbi analitiklər fələstinlilərin maksimum iki ay bu müharibəyə dayana biləcəklərini proqnoz etmişdilər. Amma onlar 7 aydır müqavimət göstərirlər.
İsmail Kaani sonra deyib: Siz sionist rejimi tanıyırsınız, bu qaniçən cinayətkarlar uzun illərdir dünyanın bütün hərbi mahiyyətinə ələ keçirməyə cəhd göstərirlər. Bu döyüşdə təkcə qaniçən sionist rejim deyil, elə ilk günlərdən Amerika və bütün NATO bu rejimə dəstək olmaq üçün meydana çıxdı.
Sionist rejimin, Amerika və Qərb ölkələri müqavimət cəbhəsi qarşısında cılız olduğunu vurğulayan general Qaani deyib: Bu şüar deyil, faktiki olaraq bu sübut olunub və özləri də bunu etiraf edirlər.