General Qaani: Şəhid Fəxrizadənin qanının intiqamını almaq üçün bütün qüvvələrimizi işə salacağıq

General Qaani: Şəhid Fəxrizadənin qanının intiqamını almaq üçün bütün qüvvələrimizi işə salacağıq

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandiri deyib: “Şəhid Fəxrizadənin qanının intiqamını almaq üçün bütün qüvvələrimizi işə salacağıq.”

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri Komandiri General İsmayıl Qaani Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri Möhsin Fəxrizadənin şəhid olmasının ardından aşağıdakı mesajı verdi:

«مِنَ المُؤمِنینَ رِجالٌ صَدَقوا ما عاهَدُوا اللَّهَ عَلَیهِ فَمِنهُم مَن قَضىٰ نَحبَهُ وَ مِنهُم مَن یَنتَظِرُ وَما بَدَّلوا تَبدیلًا»

Möminlərin arasında Allahla bağladıları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər. (Əhzab surəsi, ayə 23)

Hegemon dövlətlərin elmi inhisarçılarına qarşı mübarizədə haqlı olaraq İslam məktəbinin qüruru olan şəhid Doktor Möhsin Fəxrizadə şəhidliyi ilə insan haqlarının, demokratiyanın və azadlığın saxta tərəfdarlarını ifşa etdi.

Həzrət Vəliyyi-Əsrə (ə.f), İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə, İran xalqına və şəhid ailəsinə vətənini qoruyan bütün qüvvələrin qarşısında bu yüksək rütbəli qardaşın şəhid olmasına görə başsağlığı verirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − four =