General Qaani: Sionist rejimin məhvi sürətləndiriləcək

General Qaani: Sionist rejimin məhvi sürətləndiriləcək

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı sionist rejimə qarşı döyüşənləri dəstəklədiyini bildirib və deyib: “Sionist rejimin məhvi sürətlənir. ”

İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı General İsmayıl Qaani bu gün səhər, cümə axşamı, aprelin 16-da, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin canişini general Hicazinin şəhadətinin birinci ildönümündə deyib:

General Hicazi İslam quruluşunun görkəmli şəhidlərindəndir və bütün səhnələrdə öndə olub.

O, əlavə edib: Bu mərasimlər Şəhid Hacı Qasım Süleymani, Şəhid Hüseyn Xərazi kimi şəhidlərin və səkkiz illik müqəddəs müdafiə və müqavimət şəhidlərinin xatirəsini anmaq üçdündür.

General Qaani müqəddəs Ramazan ayında şəhid olan fələstinli şəhidlərin xatirəsini ehtiramla yad edərək deyib:

Fələstinli şəhidlər göstərdilər ki, İslam, İslam dəyərləri və Fələstinin canlıdır və şəhidlərin yolu davam edir. Şəhidlərin sayəsində biz düzgün həyat yolunu öyrənə bilirik.

General Qaani əlavə etdi: Biz döyüş meydanının ortasındayıq. İran İslam Respublikası qlobal istismar və beynəlxalq sionizmə qarşı döyüş səhnənin önündədir və biz şəhidləri ziləyərək onların şərəf və əzəmətli yolunu davam edəcəyik.

General Qaani “Hünər Allah yolunda cihada qalxmaq və siyasi hay-küy və şeytani xüsusiyyətlər nümayiş etdirmədən özünü bir məqsəd uğrunda fəda etmək olduğunu” söyləyən mərhum İmamın dediklərinə toxunaraq qeyd edib:

Şəhid Hicazi vəzifəsinə əməl etmək, təlaş və fəaliyyəti ilə bu ifadəyə nümunədir.

General Qaani İran İslam İnqilabının Ali Rəhbərinin mesajına istinad edərək Şəhid Hicazinin  mücahid, fəal zehnə, həqiqi imanla dolu bir qəlbə malik, qətiyyətli bir şəxsiyyət olduğunu və tamamilə İslama və inqilaba xidmət etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 10 =