General Qaaninin Livan Hizbullahının yeni Baş katibinə məktubu: Qüds azad edilənə qədər sizin yanınızdayıq

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı məktub ünvanlayaraq höccətül-islam vəl-müslimin Şeyx Nəim Qasimi Livan Hizbullah Hərəkatının Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək yazıb: “Sionizmin kökü kəsilənə və Qüdsi-şərif azad edilənə qədər qəhrəman Hizbullahın yanında olacağıq.”

SEPAH generalı İsmayıl Qaaninin höccətül-islam vəl-müslimin Şeyx Naim Qasimə ünvanladığı və cümə axşamı, axşam saatlarında yayılmış məktubunun mətnində bildirilir: “Uca Allaha şükür edirik ki, tarixi bir anda və taleyüklü seçimdə mücahid, parlaq keçmişə malik, şiələr və müqavimətin izzətli döyüşçüləri arasında sevimli şəxs olan siz, qəhrəman Hizbullahın Baş katibliyi kimi ağır və dəyərli məsuliyyəti üzərinizə götürdünüz.” 

Məktubun bir hissəsində qeyd olunur: “İnşallah, şəhidlərin nurlu və cihad yolu sizin idarə və rəhbərliyinizlə altında daha da sürətlə və güclü şəkildə davam edəcəkdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 4 =