General Səlami: Düşmən iğtişaşlarda bütün təfriqə metodlarını işə saldı, lakin təfriqə atəşi onların öz canlarına düşdü
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı deyib: “Son iğtişaşlarda düşmən təfriqə metodlarını işə saldı və bütün imkanları ilə meydana gəldi, lakin onlar qətiyyətlə məğlub oldular və öz canlarına təfriə atəşi düşdü.”
Sepah News-un məlumatına görə, Keşikçilər Korpusunun komandanı, qvardiya general Hüseyn Səlami Keşikçilər Korpusunun yeni komandanlığı və qərargahının açılış konfransında Xanım Zəhranın (s) şəhadəti münasibəti ilə başsağlığı verib:
Həmçinin, Hacı Qasimin şəhadətinin ildönümü ərəfəsində İslam İnqilabı Keşikçilərinə başsağlığı da verib.
O, əlavə edib: Zaman keçdikcə biz müdafiə düşüncəsinin, hərbi ideyaların böyüməsi və təkamülü, həmçinin dünya səviyyəsində müharibə vasitələrinin inkişafı istiqamətində son 4 onilliyin hadisələri və macəraları kontekstində addımlar atmışıq.
İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı əlavə edib: İnqilab Keşikçiləri Korpusunun üstünlüklərindən biri də odur ki, o, hər an ən qabaqcıl, müasir, qüdrətli və təkmil düşmənlərlə və ən qabaqcıl döyüş texnikası və alətləri ilə qarşılaşıb.
General Səlami qeyd edib ki, bir neçə element ölkəni güclü edir. Onlardan biri də böyük liderdir. Hər bir ölkə, hər bir xalq öz liderinin əqidəsinin, inamının, düşüncəsinin əzəməti səviyyəsinə yetişir. Çünki liderlik cəmiyyətin şüurunda və ruhunda axan ilhamverici ruhun, inkişaf edən xarakterin, iradənin, düşüncənin, idealın, inancın cərəyanda olan elementi və sahibidir.
O aydınlaşdırıb: Bu coğrafiya və bu coğrafi mövqe inqilabdan əvvəl siyasi prizmadan eyni vəziyyətdə idi. Amma dəyişən məsələ asılı və marionet liderlikdən və Qərbin siyasi şahmatının bir parçasından mənəvi liderliyə çevrilmə, əzəmətli, qüdrətli, geniş düşüncə diapazonuna malik sistemə çevrilən rejimin rəhbərliyi oldu.
Bu rəhbərlik dəyişikliyi İranı müasir cəhalət qəbiristanlığında asılı və aşağılanmış, geridə qalmış ölkədən azad, müstəqil və İslami İrana, zəif İrandan güclü İrana çevirdi.