General Səlami: İran və Suriya İslam düşmənlərinin fitnəsi müqabilində meydanı boş qoymayacaq

General Səlami: İran və Suriya İslam düşmənlərinin fitnəsi müqabilində meydanı boş qoymayacaq

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Suriyanın müdafiə naziri ilə görüşündə deyib: “İran və Suriya çətin günlərin qardaşır və iki xalqının gözəl qardaşlıq tarixi ilhamvericidir. Bu da İslam düşmənlərinin fitnəsinə qarşı meydanı tərk etməyəcəklərini göstərir.”

Suriyanın müdafiə naziri general-leytenant Seyid İmadəli Mahmud Abbas və onun rəhbərlik etdiyi nümayəndə heyəti SEPAH-ın baş qərargahında SEPAH komandiri general Hüseyn Səlami ilə görüşüb və müzakirələr aparıb.

Bu görüşdə general Hüseyn Səlami Suriyanın müdafiə naziri və onu müşayiət edən nümayəndə heyətinin Tehranda olmasından məmnunluğunu ifadə edərək iki xalqın son illərdə istismarçı rejim və sionizmin böyük fitnəsi qarşısındakı fədakarlıqlarına işarə edib. Təkfirçi terrorizmlə mübarizədə hərəm müdafiəçiləri şəhidlərin fədakarlıqları və onların qanının Suriyadakı digər şəhidlərin qanı ilə qarışdığını bildirib.

General Səlami deyib: Uğrunda qan verdiyimiz yeri vətənimiz kimi hiss edirikş Şəhidlərimiz Suriyada müqavimət cəbhəsinin döyüşçüləri ilə yanaşı Hərəmin müdafiəsi üçün döyüş meydanlarına həvəslə daxil oldular. İran və Suriya coğrafi baxımdan bağlı olmasa da, iki xalqın qəlb coğrafiyası arasında əlaqə və bağlılıq var.

O əlavə edib: Sizinlə bizim aramızda olan münasibəti formalaşdıran məsələ sadəcə milli maraqlar anlayışından ibarət deyil. Əksinə, İslam və müsəlmanların izzətidir. Məzlum Fələstin xalqını dəstəkləmək və onların qəsb olunmuş hüquqlarını müdafiə etmək də bizim milli maraqlarımıza uyğundur.

SEPAH Ali Baş Komandanı iki ölkə arasındakı bənzərsiz əlaqələrə toxunub və bu əlaqələri digər İslam ölkələri ilə müqayisə edərək regionda və dünyada baş verən müsbət dəyişiklikləri region xalqları üçün perspektivli adlandırıb.

General Səlami deyib: Bu dəyişikliklərin ən gözəl müjdəsi müsəlman xalqların birlik və qardaşlığının möhkəmliyidir.

General Səlami sionistlərin İordan çayının qərb sahili, Cənin və Qəzzədə zəbt etdikləri torpaqlarda baş verən son hadisələrin sionist rejimin tənəzzülünün əlamətləri hesab edib və belə bir açıqlama verib: Bir vaxtlar qlobal bir hücumla Suriyanı məhv etmək istəyənlərin yolu bu gün tənəzzül və məhv olmaq yolundan keçir.

SEPAH Ali Baş Komandanı vurğulayıb: Biz hiss edirik ki, bölgəni Allahın iradəsi, şəhidlərin fədakarlığı və millətlərin bəsirət və əzmkarlığına əsaslanan yeni bir mühit gözləyir və biz səhnədə güclü və möhkəm olmalı əldə edilən mühüm nailiyyətləri və uğurları qorumalıyıq. Biz Suriyadakı varlığımızı istənilən qədər davam etdirəcəyik.

General Səlami daha sonra Suriya və İran arasında müdafiə və hərbi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və deyib:

Suriya silahlı qüvvələrinə lazımi miqyasda və sahələrdə kömək etməyə hazırıq.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı müxtəlif sahələrdə, xüsusilə kibermüharibə, informasiya müharibəsi və elektron müharibə sahələrində təcrübə mübadiləsini mühüm və həssas məsələ hesab edib və vurğulayıb:

İslam İnqilabı Keşikçiləri Korpusu keçmiş razılaşmalara sadiq qalaraq Suriya silahlı qüvvələri ilə, o cümlədən komandanlıq və qərargah kursları, yüksək döyüş və yüksək rütbəli kurslar və digər ixtisaslaşdırılmış idarələrdə təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + nineteen =