Generalların tez-tez bir araya gəlməsinin səbəbi nədir? – DETALLAR

Generalların tez-tez bir araya gəlməsinin səbəbi nədir? – DETALLAR

Bunu Publika.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev son günlər Azərbaycan Müdafiə Nazirliyində vəzifədə və istefada olan generalların tez-tez toplanmasına, xidməti müşavirələr keçirməsinə münasibət bildirərkən deyib. 

Politoloq düşünür ki, hazırkı prosesdə keçmiş sovet sistemi hərbi ənənəsindən NATO sisteminə keçidlə bağlı müəyyən problemlər ola bilər: 

“Ona görə də bu cür görüşlərin keçirilməsi mümkündür. Eyni zamanda, hər hansı bir hərbi əməliyyatın keçirilməsi üçün Ali Baş Komandanın tapşırığı lazımdır. Mən inanmıram ki, belə bir tapşırığı həyata keçirmək üçün mediaya bu qədər açıq informasiya ötürülsün. Əgər media nümayəndələri generalların toplaşdığından xəbərdardırsa, deməli, Azərbaycan Ordusu hansısa gizli əməliyyata hazırlaşmır. Ola bilər ki, generalların toplaşması yuxarıda sadaladığım digər faktorlarla bağlıdır. Onu deyə bilərəm ki, hazırda Ermənistanda vəziyyət kifayət qədər gərginləşib. Belə görünür ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətdən getməyəcək. Amma Qarabağdakı sülhməramlılarla bağlı Ermənistanın öz mövqeyi var. İrəvan sülhməramlılarla bağlı mövqeyində qətidir”. 

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − eight =