Geniş miqyaslı müharibədə Hizbullah gündə 3000 raket atmağa qadirdir

Geniş miqyaslı müharibədə Hizbullah gündə 3000 raket atmağa qadirdir

Sionist rejimə aid “Epoch” jurnalı bu rejim başçılarına xəbərdarlıq edib ki, Hizbullahla hərtərəfli müharibə olacağı təqdirdə, İslam müqavimət döyüşçüləri hər gün işğal olunmuş ərazilərdəki sionist hədəflərə 3000 raket ata bilər.

“Epoch” jurnalı Livan Hizbullahının hərbi qüdrətinə istinad edən xəbərdə yazıb: “Hizbullah ilə geniş miqyaslı müharibə olacağı təqdirdə, müharibənin ilk 10 günündə bu təşkilat İsrailə gündə orta hesabla hər cür silahdan 3000 mərmi ata bilər.”

Hizbullahın yüksək raket gücünü təhlil edən jurnal əlavə edib: “Hizbullah ilə müharibə uzanarsa, Hizbullah iki ay ərzində İsrailə hər gün 1000 raket ata bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + seventeen =