“Google” Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

“Google” Çilidən Avstraliyaya fiberoptik kabel çəkəcək

Amerikanın “Google” korporasiyası və Çilinin infrastruktur layihələri ilə məşğul olan dövlət şirkəti Desarrollo País Avstraliyaya fiberoptik kabelin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.

“Report”un xəbərinə görə, bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çilinin xarici işlər naziri Alberto Van Klaveren bildirib ki, Valparaiso bölgəsi 14 000 km-dən çox kabel vasitəsilə Avstraliya ilə birləşdiriləcək.

Müqavilə “Google” və “Desarrollo Pais”in bərabər paylara sahib olacağı “Humboldt Connect” adlı birgə şirkətin yaradılmasını nəzərdə tutur.

Kabelin 2025-2026-cı illərdə çəkiləcəyi, kommersiya istifadəsinə isə 2027-ci ildə başlanacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =