Google-un yəhudi işçisi Fələstinə dəstək olaraq istefa verdi-Foto

Google-un yəhudi işçisi Fələstinə dəstək olaraq istefa verdi-Foto

Google-un yəhudi işçisi bildirib ki, o, şirkətin sionist rejimlə milyard dollarlıq müqavilə imzalamasına etiraz olaraq şirkət rəhbərləri tərəfindən istefa verməyə məcbur edilib.

 Google-un marketinq şöbəsinin amerikalı və yəhudi əməkdaşı Ariel Koren deyir ki, şirkət və sionist rejim arasında “Nimbas” adlanan müqaviləyə etiraz etdiyi üçün Google menecerləri tərəfindən sıxışdırılıb və istefaya getməyə məcbur olub.

İbrani dilində yayımlanan Yediot Aharonot internet saytının məlumatına görə, 28 yaşlı bu işçi Google-un digər işçilərindən gələn həftə şirkətin ABŞ-dakı üç ofisi qarşısında etiraz aksiyası təşkil etməyi xahiş edib. Son 7 ildə Google-da işləyən Koren Google və Amazon-un Tel-Əviv rejimi ilə 1,2 milyard dollarlıq müqavilə bağladığını deyir.

2021-ci ilin iyulunda imzalanan müqaviləyə əsasən bu rejimə müxtəlif süni intellekt və hesablama texnologiyaları verilməsi nəzərdə tutulur ki, bu da fələstinlilərin ziyanına olacaq.

Koren Twitter-də yazıb: “Mən bu həftə Google-dan öz fikirlərini bildirən işçilərə qarşı düşmənçilik siyasətinə görə ayrılıram. İndiyədək Koren bu müqaviləyə etiraz olaraq dəfələrlə media ilə danışıb və Google-un yüksək səviyyəli rəsmilərini bu müqavilədən çəkilməyə inandırmağa çalışıb, lakin bu, uğursuz alınıb.

 “New York Times” qəzetinə müsahibə verən Google rəhbərləri şirkətin İsrail rejiminə ictimai bulud xidmətləri təqdim edəcəyini və bunun da İsraildə rəqəmsal transformasiyaya səbəb olacağını iddia ediblər. Guya, bu texnologiya maliyyə, səhiyyə, nəqliyyat və təhsildir gündəlik tapşırıqları yerinə yetirmək üçün dövlət qurumlarına təqdim ediləcək və onun yüksək həssas məxfi məlumatlarla heç bir əlaqəsi yoxdur.

Google menecerlərinin iddialarına baxmayaraq, məlumatlara görə bu şirkət sionist rejimə insanların üz cizgilərindən onların ruhi və daxili hallarını və ya videoda müxtəlif obyektləri tanıya bilən proqram təminatı təqdim etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 13 =