Goranboyda ev yanıb, ölən var

Goranboyda ev yanıb, ölən var

Goranboy rayonunun Nizami kəndindəki ikimərtəbəli evlərdən birində yanğın olub, 1 nəfər ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1959-cu il təvəllüdlü Yusibova Maya Abduləli qızı tüstüdən boğularaq dünyasını dəyişib.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =