Görüntüləri ilə şantaj edilən 18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

Görüntüləri ilə şantaj edilən 18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

“Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb”.

Bu barədə Yasamal Rayon Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, noyabrın 27-də saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + sixteen =