Göydən Yerə bəla gəlir? – Fevralın 1-də…

Göydən Yerə bəla gəlir? – Fevralın 1-də…

York Universitetinin məlumatına görə, yaşıl kometa Yerdən 42 kilometr uzaqlıqdan keçəcək. Alimlərin fikrincə, göy cismini Şimal Tacı bürcünün bölgəsində adi gözlə müşahidə etmək olar. İndi kometi yalnız güclü durbin və ya kiçik teleskoplar vasitəsilə görmək olar.

Fevralın 1-də hava aydın olarsa, “C/2022 E3” kometası səmada quyruğu olan tutqun yaşılımtıl parıltı şəklində görünəcək.

Qeyd edək ki, Yaşıl kometa 2022-ci ildə Kaliforniya astronomları tərəfindən kəşf edilib. Göy cismi uzunmüddətli kometa kimi təsnif edilirdi. Hesab edilir ki, kometa sonuncu dəfə Yerin yanından təxminən 55 min il əvvəl, Daş dövründə uçmuşdu və növbəti uçuş olmaya bilər.

Qeyd edək ki, bu cür hadisələrin baş verəcəyi ərəfələrdə insanlar təşviş içində olurlar. Onların düşüncələrinə görə, belə hadisələr baş verdiyi zaman Yer kürəsində bir sıra fəsadlar, təbii fəlakətlər baş verə bilər. Alimlər isə bu tip hadisələrin baş verəcəyi haqda heç bir məlumat vermirlər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 7 =