Göygöldə qadın dəm qazından zəhərlənib

Göygöl rayonunda gənc qadın dəm qazından zəhərlənib.
Yaşadığı evdə dəm qazından zəhərlənən qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Apa