Guardian sorğu keçirib: Bayden Trampı 17 % qabaqlayır

Guardian sorğu keçirib: Bayden Trampı 17 % qabaqlayır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Guardian qəzetinin yazdığı son xəbərlərə görə, ABŞ-da seçki kampaniyası son mərhələyə girdiyindən bəri Co Bayden Donald Trampdan 17 % qabaqdadır.

3 Noyabr 2020-ci ildə ABŞ-da Prezident seçki kampaniyası son mərhələyə qədəm qoyduqdan sonra, Opinium Tədqiqat İnstitutu tərəfindən İngilis qəzeti Guardian üçün apardığı son sorğuların nəticələri Demokrat namizəd Co Baydenin Donald Trampı 17 % qabaqladığını göstərir. Bunu yeni bir rekorddur.

Guardian sorğusuna görə ABŞ-dakı potensial seçicilərin 57 %-i Seçki Günü Baydenə səs verəcəklərini söylədi və yalnız 40% Trampı dəstəklədi.

Opinium Tədqiqat İnstitutunun araşdırmaları göstərir ki, Ali Məhkəmə hakimi Rut Bieder Ginsberqin ölümü, Trampın Biden ilə fəlakətli debatı, Ağ Evdə koronanın yayılması və Prezidentin Covid-19-a yoluxmasına şahid olan son aylar Demokrat namizədin lehinə başa çatdı.

Son anketlər də göstərir ki, Baydenin hazırkı tərəfdarları artmışdır və Baydenin namizədliyini irəli sürənlərin sayı sentyabr ayında 75 %-dən bu ay 82 %-ə çatacaqdır.

Tramp amerikalı seçicilərə Baydenin demans xəstəliyindən əziyyət çəkdiyini təlqin etmək üçün müxtəlif platformalardan istifadə etməyə çalışarkən, anketlər Trampın ritorikasının Amerika seçicilərinə çox az təsir etdiyini göstərir.  rəy sorğularına görə, Amerikalı seçicilərin 48 %-i 77 yaşlı Baydenin zehni qabiliyyətlərinin 74 yaşlı Trampdan daha yaxşı olduğuna inanır və 44%-i isə əks fikirdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 1 =