Güclü anti-Amerika əhval-ruhiyyəsi yaranacaq: Avropa iki səbəbə görə ABŞ-dan ayrılacaq
.
O hesab edir ki, Avropa iki səbəbə görə ABŞ-dan ayrılmalı olacaq.
Publika.az xəbər verir ki, müəllifin fikrincə, “post-Bayden Amerika mümkün qədər təcrid olunarsa və ya vətəndaş müharibəsinə bənzər bir vəziyyətə düşərsə”, fikir ayrılığı yarana bilər. İkinci mümkün səbəb ABŞ sanksiyalarının nəticəsi ola bilər, “Rusiyanın hər şeyinin ləğvi, “Şimal axını 2”nin dağıdılması və ABŞ-ın maye qazı 4 dəfə baha satması bütün Avropada güclü anti-Amerika əhval-ruhiyyəsinə səbəb olacaq”,-o deyib.
Ekspert, həmçinin hesab edib ki, Aİ Rusiya ilə sülh qurmaq imkanını uğursuzluğa düçar edib , 2015-ci ilin miqrasiya böhranının öhdəsindən gələ bilməyib və koronavirus pandemiyasından əziyyət çəkib. Bu səbəbdən Avropa ABŞ-dan daha çox asılı vəziyyətə düşüb və Ukrayna böhranı ilə bağlı Ağ Evə “kor-koranə itaət etmək” məcburiyyətində qalıb.
Oberq əlavə edib ki, Qərbin süqutu halında digər ölkələr öz siyasətlərini yumşaltmaq və ona kömək etmək üçün müdriklik nümayiş etdirəcəklər. Lakin bu baş verərsə, bu cür dövlətlər öz maraqlarına və siyasətlərinə xələl gətirməyəcəklər. Müəllif sonda Qərblə Şərq arasında yeni soyuq müharibənin baş verməməsi üçün hər şeyin edilməsinin zəruriliyinə diqqət çəkib, çünki bu, “bəşəriyyətin aktual problemlərinin həllinə mane olacaq”.
Publika.az