Günəşdə şüa şəklində qeyri-adi plazma emissiyası baş verib

Günəşdə şüa şəklində qeyri-adi plazma emissiyası baş verib

Sentyabrın 4-də Günəşin şimal yarımkürəsində qeyri-adi kütlə emissiyası qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, plazma tez-tez olduğu kimi, maqnit halqası şəklində deyil, birbaşa şüa (jet) şəklində atılıb. Bu şüa Günəşin səthinə kəskin bucaqla yönəlib.

Bu hal, ehtimal ki, nisbətən zəif partlayışdan sonra maqnit sahəsinin sürətli yenidən qurulması səbəbindən yaranıb. Bu yenidən qurulma nəticəsində qeyri-adi formalı açıq maqnit strukturu formalaşıb. Elm adamları yeni plazma emissiyasının Yerin geomaqnit sahəsinə necə təsir edəcəyi barədə məlumat verməyiblər. Qeyd olunub ki, yaxın vaxtlarda güclü maqnit qasırğaları gözlənilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =