Günəşdə Yerdən 4 dəfə böyük ləkə – Adi gözlə görmək olur

Günəşdə Yerdən 4 dəfə böyük ləkə – Adi gözlə görmək olur

Yerdən 4 dəfə böyük olan günəş ləkəsini teleskop olmadan müşahidə etmək olar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, AR3310 adlı ləkəni yalnız qoruyucu vasitələrdən istifadə etməklə asanlıqla görmək olar.

Mütəxəssislər Günəşə birbaşa baxmaq üçün yalnız sertifikatlı gün eynəkləri və ya tutulmalara baxmaq üçün linzalar almağı məsləhət görürlər.

Ləkə böyük olsa da, müvafiq qoruyucu vasitələr olmadan onu görməyə cəhd etmək gözə ciddi ziyan vura bilər.

Günəşin səthindəki temperaturun təxminən 5500 dərəcə olduğu təxmin edilir. Bu kimi günəş ləkələrinin temperaturu isə 3 min 400 dərəcə civarında olur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + four =