Günəşin qütbləri ilk dəfə görüntüləndi – Tarixi anlar

Günəşin qütbləri ilk dəfə görüntüləndi – Tarixi anlar

Avropa Kosmik Agentliyinin “Solar Orbiter” adlı aparatı Günəşin qütb bölgələrinin ilk görüntülərini əldə edib.

Alimlərin sözlərinə görə, bu nailiyyət cihazın 2025-ci ilin fevralından etibarən Günəşin ekvatoruna 17 dərəcə bucaq altında yaxınlaşması sayəsində mümkün olub. İndiyədək bütün müşahidələr, demək olar ki, yalnız ekvatorial müstəvidən aparılırdı. İndi isə tədqiqatçılar Günəşin cənub qütbünə unikal baxış əldə ediblər.

Qeyd edilir ki, yeni müşahidələr zamanı “Solar Orbiter” üç əsas cihazdan istifadə edib: PHI kamerası adi işıqda görüntülər çəkərək ulduzun səthindəki maqnit sahəsini xəritələşdirib, EUI cihazı Günəşin tacındakı ultrabənövşəyi şüalanmanı qeydə alıb, SPICE isə müxtəlif hündürlük və temperatur qatlarında Günəş atmosferinin parıltısını təhlil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 20 =