Günvurma nələrə səbəb olur?

Günvurma nələrə səbəb olur?

Həkim Muhammet Bilici günvurmanın zərərlərini açıqlayıb.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, həkim bildirir ki, günvurma xüsusilə yay aylarında bədən istiliyinin 40 dərəcədən yuxarı qalxması ilə ortaya çıxan həyati təhlükəli bir vəziyyətdir.

Onun sözlərinə görə, müalicə edilməzsə, ölümə və ya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər:

“Havanın temperaturu çox yüksək olduğu zaman saat 11:00-15:00 arasında mümkün qədər sərin yerlərdə vaxt keçirmək tövsiyə olunur. Normalda bədənimiz yüksək temperaturda istiliyi atmaq üçün tərləmə yolu ilə temperatur tarazlığımızı saxlamağa çalışır. Həddindən artıq istilik səbəbiylə bədən orqanlarının və sistemlərinin işləməsi təsirlənir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı şəxslər, idmançılar, əsgərlər, açıq havada çalışan işçilər daha diqqətli olmalıdırlar.

Qızdırma, halsızlıq, yorğunluq, baş ağrısı, başgicəllənmə, əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dərinin isti və quruluğu, çaşqınlıq, huşun itirilməsi, nitqin zəifləməsi, titrəmə, nəbzin tezliyi, ürəkbulanma və qusma günvurmanın simptomlarıdır”.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − three =