Gürcüstan M4 avtomatlarının istehsalına başlayır

Gürcüstan M4 avtomatlarının istehsalına başlayır

Cari lin sonunadək Gürcüstanda ABŞ mənşəli M4 avtomatlarının istehsalına başlanacaq.

Bu barədə Gürcüstan parlamentinin “nazir saatı” formatında çıxış edən müdafiə naziri Cuanşer Burçuladze məlumat verib.

Onun sözlərinə görə, istehsalı həyata keçirəcək Gürcüstan-İsrail birgə təşəbbüsü olan müəssisə ilin sonunadək fəaliyyətə başlayacaq.

Nazir qeyd edib ki, cari ilin fevralında Gürcüstan ordusu ABŞ-ın dəstəyi ilə yeni tipli avtomatlar və qumbaraatanlar qəbul edib. Bildirib ki, silahlı qüvvələrin M2 iriçaplı pulemyotla və MK19 tipli qumbaraatanla təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =