Gürcüstan prezidenti itini itirib

Gürcüstan prezidenti Salome Zurabişvilinin iti Tbilisidə itib.
Prezident X sosial şəbəkəsində bununla bağlı kömək istəyib.
“Mən Qomboru itirdim. Mziuri/Çavçavadze (Vake metropoliten ərazisi) yaxınlığında. İt boz yaxalıq taxır. Görsəniz, əlaqə saxlayın”, – Zurabişvili telefon nömrəsini də qeyd edib.
O, 2018-ci il seçki kampaniyası zamanı iti küçədən götürmüşdü.