Gürcüstan Rusiya ilə birbaşa hava reyslərini bərpa edib, Aİ qərardan təəssüflənib

Gürcüstan Rusiya ilə birbaşa hava reyslərini bərpa edib, Aİ qərardan təəssüflənib

Gürcüstan Hava Yolları (Georgian Airways) aviaşirkəti bu həftə Tbilisi-Moskva-Tbilisi müntəzəm uçuşlarına başlayır.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyi məlumat (MAA) yayıb. Bildirilib ki, aviaşirkət mayın 20-dən etibarən həftədə 7 reys həyata keçirmək üçün MAA-ya müraciət edib. Qeyd olunub ki, qurum uçuşların həyata keçirilməsi üçün aviaşirkətə zəruri icazəni bu gün verib.

Avropa İttifaqının (Aİ) sözçüsü bildirib ki, Aİ Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından təəssüflənir:

“Gürcüstan hakimiyyətinin bu qərarı Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × three =