Gürcüstanda 811 yeni koronavirusa yoluxma qeydə alınıb
Gürcüstanda son sutkada daha 811 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat verilib.
Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 356.179-a yüksəlib, ümumilikdə 5.096 xəstə ölüb.
Son 24 saat ərzində 672 nəfər sağalaraq evə buraxılıb, ümumilikdə 341,775 nəfər sağalıb.