Gürcüstanda azərbaycandilli məktəb üçün yeni bina tikilir

Gürcüstanda azərbaycandilli məktəb üçün yeni bina tikilir

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Sabirkənd kəndində 450 şagird üçün nəzərdə tutulmuş yeni ictimai məktəb inşa olunur.

Bu barədə ölkənin Regional İnkişaf və İnfrasruktur Nazirliyindən bildirilib.

Gürcüstan hökumətinin maliyyələşdirdiyi layihənin ümumi dəyəri 6,3 milyon lari (2 milyon ABŞ dolları) təşkil edir.

Azərbaycandilli təhsil ocağı müasir sinif otaqları, laboratoriyalar, akt zalı, idman meydançası, yeməkxana və digər zəruri infrastrukturla təchiz olunacaq.

Məktəb binasının 2022-ci ilin avqust ayında istismara veriləcəyi gözlənilir.

Qeyd edək ki, son illər Sabirkəndin 1 saylı məktəbi qəzalı vəziyyətdə olduğundan şagirdləri Algeti kənd məktəbində təhsil alırlar.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + two =