Gürcüstanda kütləvi peyvəndlənmə başlayır
Gürcüstanda bu gün əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsi prosesi başlayır.
Prosesə təxminən 350 həkim qrupu cəlb olunub.
Gün ərzində 20-30 min nəfərin peyvəndlənməsi planlaşdırılır. İlin sonuna qədər kollektiv toxunulmazlığın formalaşması üçün yetkin əhalinin 60 faizinin peyvəndlənməsi planlaşdırılır.
Qonşu ölkədə kütləvi peyvəndlənmədə “Sinopharm” və “Sinovac” dərman preparatlarından istifadə ediləcək.
Prosesdə həmçinin Avstriya tərəfindən bağışlanan və dünən gecə Tbilisiyə tədarük edilən 5.000 doza “AstraZeneca” peyvəndi də istifadə ediləcək.
Salamnews