Gürcüstanda zəlzələ olub
Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.
Report.az