Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu

Gürcüstanın keçmiş baş nazirinin oğlu həbs olundu

Gürcüstanın sabiq baş naziri Zurab Jvaniyanın (2003-2005) oğlu 24 yaşlı Besarion Jvaniya üç il müddətinə azadlıqdan məhrum edilib.

O, iş adamı və keçmiş deputat Levan Topadzenin nəvəsi Qogi Topadzenin qəsdən qətlə yetirməyə cəhddə ittiham olunur.

Məhkəmə qərarına əsasən, B.Jvaniya həbs müddətinin yarısını cəzaçəkmə müəssisəsində çəkəcək, yerdə qalan müddət isə şərti hesab olunacaq.

Qeyd edək ki, Z.Jvaniyanın oğlu və L.Topadzenin nəvəsi arasında şəxsi münaqişə zəminində insident ötən ilin avqustun 2-də baş verib. Hadisə nəticəsində Q.Topadze çoxsaylı bıçaq yaraları alıb və daha sonra əməliyyat olunub.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − two =