Gzli nüvə sualtı qayığı haqqında sənədlər tualetdən tapıldı

Gzli nüvə sualtı qayığı haqqında sənədlər tualetdən tapıldı

Publika.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Hadisə Britaniyanın Cumbria qraflığında baş verib, burada ziyarətçilərdən biri tualetdə Kral Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı gəmisi HMS Anson haqqında 1,3 milyard funt sterlinq dəyərində sənədlər tapıb.

Hadisə şahidinin sözlərinə görə, həmin gecə meyxanada çoxlu ziyarətçi olub, onların arasında hərbçilər də olub. “Tualetə girdim, sənədlər kabinədə yerdə idi… O, sənədlərin üzərindəki məxfilik möhürünü gördüyünü bildirib.

HMS Anson sualtı qayığı 2023-cü ilin fevralında ilk dəfə açıq dənizə çıxıb. O, ağır torpedalar, eləcə də Tomahawk qanadlı raketlərlə təchiz olunub. Sualtı qayıq nüvə reaktoru ilə işləyir və yanacaq doldurmadan 25 il işləyə bilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − eight =