Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı açıqlandı

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı açıqlandı

“Digər ölkələrdən Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gələn zəvvarların sayı 1.5 milyon nəfəri ötüb”.

Oxu.Az “Al Ekhbariya” telekanalına istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Həssən Ən-Nuaymi deyib.

Onun sözlərinə görə, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyinin təmin edilməsi üzərində işləyir:

“Nazirlik digər hökumət qurumları və hüquq-mühafizə orqanları ilə birlikdə Həcc ziyarəti üçün lazım olan xüsusi icazələrin olub-olmadığını yoxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =