Həcc ziyarətində qurban kəsimində iştirak edən qəssablar kəsimin səhihliyinə riayət etməlidirlər

Həcc ziyarətində qurban kəsimində iştirak edən qəssablar kəsimin səhihliyinə riayət etməlidirlər

İran İslam Respublikası Həcc və Ziyarət Təşkilatının rəhbəri Həcc ziyarətinə gedən və qurbanlıq heyvanların kəsimində iştirak edən qəssabların fəaliyyətini təqdirəlayiq hesab edib və tələskənlik səbəbilə kəsimin düzgünlüyünə xələl vurmamağı tövsiyə edib.

Həcc və Ziyarət Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatlna görə, Doktor Seyid Sadiq Hüseyni bu gün, çərşənbə günü, iyulun 6-da Məkkədə Həcc ziyarətində qurbanların kəsiminə məsul şəxslərlə görüşdə deyib: “Sizin çəkdiyiniz zəhmətlər təqdirəlayiqdir və hacılara verilən mükafat və savab qədər sizə də savab yazılır.”

O, əlavə etdi: “Siz həccin digər sahələrində, məsələn, nəqliyyat, yardım və s. işlərdə çalışan kəsimçilərin səyləri çox təsirli, səmimi və riyasızdır, çünki siz gecə-gündüz zəvvarlara xidmət edirsiniz. Bu hərəkətlər təqdirəlayiqdir.”

Hüseyni həcc və ziyarət strategiyasının zəvvarların şərəfinə, ləyaqətinə, sağlamlığına və xüsusilə də təhlükəsizliyinə diqqət yetirmək olduğunu bildirib.

Bu təhlükəsizlik həm kəsimdə, həm də şəhər daxilində yardım və nəqliyyat kimi digər sektorlarda göstərdiyiniz performansla həyata keçirdiyiniz təhlükəsizlik və rahatlıq mənasını verə bilər.

O, əlavə edib: Kəsim saatları xaricində zəvvarlara yardım və ya nəqliyyatda onlara xidmət edərkən, hüzurunuzla bir növ əmin-amanlıq və rahatlıq gətirirsiniz və bu, ilk dəfə vəhy diyarına gələn zəvvarlar üçün çox təsirlidir.

Hüseyni çoxlu sayda müraciət edənlər arasından məhz hazırkı qəssabların seçildiyini bildirərək deyib: Mən əminəm ki, siz qətiyyən maddi motivlər ardınca deyilsiniz, sizi Məkkəyə Məscidül-Hərmanın qonaqlarına xidmət etmək eşqi gətirib.

Həcc və Ziyarət Təşkilatının rəhbəri vurğulayıb: Hər biriniz min zəvvarın qurbanının kəsilməsinə vəkilisiniz, ona görə də sizin çox mühüm və önəmli işiniz var, çünki kəsim zəvvarın gözlər qarşısında yerinə yetirilməyən yeganə vacib əməldir. Bu səbəbdən, kəsimin şəri baxımdan düzgün şəkildə yerinə yetirilməsində diqqətli olmalısınız.

Həcc və Ziyarət Təşkilatının sədri qəssablara qurbanın dügün kəsilməsinin sürətli kəsimə fəda edilməməsi üçün var qüvvələri ilə çalışmalı olduqlarını tövsiyə edib və əməllərinin Allah dərgahında qəbulluğunu diləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × two =