Həcc ziyarətində yeni texnologiyalardan istifadə olunacaq
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, şənbə günü builki Həcc mövsümündə Həcc mərasimlərini asanlaşdırmaq üçün iki növ robotdan istifadə ediləcəyini açıqlayıb.
“Şəfəqna” tərcümə xidmətinin Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə xəbər agentliyi iki robotdan birinin fərdi, digərinin təhlükəsizlik işləri üçün olduğunu, fərdi robotun 3D texnologiyası ilə işlədiyini, monitor, kamera və mikrofonla təchiz edildiyini bildirib. Bu robot zəvvarlar arasında hərəkət etmək, onlarla danışmaq və suallarını cavablandırmaq, onları yönləndirmək və məsləhət vermək qabiliyyətinə malikdir.
Məlumata görə, təhlükəsizlik robotu Həcc ziyarətinə gedən zəvvarların və müqəddəs Allah Evinin işçilərinin epidemiya ilə bağlı profilaktik tədbirlərə riayət etməsinə nəzarət etmək üçün nəzərdə tutulmuşdur.
Səudiyyə xəbər agentliyi belə əlavə edib: “Təhlükəsizlik robotu, süni zəka vasitəsi ilə insan bədəninin istiliyini ölçmək, maskadan istifadə barədə xəbərdarlıq etmək və ətraf mühiti davamlı olaraq dezinfeksiya etmək imkanına malikdir.”