Həkim virusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Həkim virusla mübarizəni çətinləşdirən səbəbi açıqladı

Koronavirus getdikcə zəifləyir. İnsanlıq mütləq qalib gələcək! Müalicə həkimi olmamağıma baxmayaraq, son həftələrdə yoluxub mənə müraciət edənlər arasında şəkərli diabet və hipertoniya xəstələri daxil olmaqla, antibiotik və digər lazımsız dərman preparatlarının qəbul edilməsindən çəkindirdiyim bütün xəstələr yaxşılaşıb.

Bu sözləri həkim-radioloq Aydın Əliyev deyib.

Həkim bildirib ki, ağırlaşan xəstələr peyvənd etdirməyənlər və vaxtından əvvəl lazımsız dərman preparatları qəbul edənlərdir:

“COVID-19 xəstəliyi zamanı KT-də və rentgendə görünən “buzlu şüşə” mənzərəsi və kölgəliklər Virxov triadası nəticəsində yaranan trombozun nəticəsidir. Koronavirus xəstəliyi zamanı ağciyərlərdə yaranan “buzlu şüşə” mənzərəsinin ən effektli müalicəsi antikoaqulyantların tətbiqidir. Antiviral və antibiotiklərin müsbət təsiri sübut edilməyib və qaraciyərə toksiki təsir edərək virusla mübarizəni çətinləşdirirlər”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + nine =