Hələb ətrafında şiddətli toqquşmalar davam edir

Xəbər qaynaqları Hələbin cənub-qərb, qərb və şimal-qərbində terrorçu qruplarla ordu qüvvələri arasında intensiv toqquşmaların davam etdiyini bildirib.
İRNA-nın verdiyi xəbərə görə, Suriya ordusunun bəzi bölmələri daha yaxşı müdafiəyə hazırlaşmaq üçün Hələb şəhəri ətrafındakı qərargahlarının bir hissəsini geri çəkiblər.
Suriya ordusu Şimal-Qərb cəbhəsində yerli qüvvələrlə əməkdaşlıq edərək terrorçuların Andan qəsəbəsinə hücumunun qarşısını alıb və 20 terrorçunu əsir götürüb.
İdlibin cənub-şərqində ordu qüvvələri terrorçu qrupların hücumunu dəf edərək, Tərnəba qəsəbəsinin oxunda toplaşdıqları yerləri və təchizatlarını artilleriya və raketlərlə hədəfə alıb.