HƏMAS: Əl-Əqsanı müdafiə etmək üçün ümummilli intifazə Ramazan ayının üçüncü ongünlüyündə davam edir

HƏMAS: Əl-Əqsanı müdafiə etmək üçün ümummilli intifazə Ramazan ayının üçüncü ongünlüyündə davam edir

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu gün sionist hərbçilərin Məscidül-Əqsada ibadət edənlərə və mühafizəçilərə hücumundan sonra Ramazan ayının üçüncü ongünlüyündə Əqsanın müdafiəsi üçün ümummilli intifazəyə çağırış edən bəyanat yayıb.

Fələstin Qırmızı Aypara Cəmiyyəti İsrail pilotsuz təyyarələrinin cümə namazından sonra Məscidül-Əqsa həyətində yürüş keçirən fələstinlilərə qarşı gözyaşardıcı qaz atdığını və ən azı 57 nəfərin boğulmaya düçar olduğunu açıqlayıb.

Mənbənin sözlərinə görə, onlardan 14-ü, o cümlədən, 9 uşaq xəstəxanaya çatdırılıb.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionistlərin fələstinlilərə qarşı hərbi hücumuna cavab olaraq, Fələstin xalqının bütün Fələstin torpaqlarında ümumi səfərbər olmasını istəyib və deyib:

Fələstinlilər işğalçı rejim və onun qəsəbə sakinləri ilə qarşılaşmaq üçün böyük bir intifazəyə başlamalı və mübarək Ramazan ayının qalan günlərini Məscidül-Əqsada etikaf keçirməlidir.

HƏMAS davam etdi: Bu intifazə Qüdsü, Məscidül-Əqsanı müdafiə etmək və məhz bu gün sionist hərbçilərin hücumu qarşısında yaralanan onlarla qəhrəman mühafizəçilərə kömək etmək üçündür.

Hərəkat Fələstin xalqının birliyini və müqavimətini işğalçı rejim və onun mühacirləri qarşısında keçilməz sədd adlandırıb və əlavə edib:

Onlara Məscidül-Əqsada və şəhidlərin pak qanına boyanmış Qüdsdə öz pis planlarını həyata keçirməyə heç vaxt icazə verilməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 6 =